Bakıda 22 yaşlı fəhlə binadan yıxılaraq öldü

Bakıda 22 yaşlı fəhlə binadan yıxılaraq öldü
12:32 17 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 22 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu Alı Mustafayev küçəsi 3 ünvanında yerləşən yeni tikilidə baş verib.
Belə ki, Saatlı rayon sakini 1994-cü il təvvəllüdlü Azad Abbasov ehtiyatsızlıqdan fəhlə kimi çalışdığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Kəllə-beyin travması və bədən xəsarətləri alan A.Abbasov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR