Dünya futbolu təhdid içində

Dünya futbolu təhdid içində
12:38 17 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

“Bavariya”nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge İngiltərə və İspaniya çempionatlarında futbolçulara ödənilən ağlasığmaz məvaciblə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Rummenigge Premyer Liqada və La Liqada əmək haqlarının artırılmasının dünya futbolu üçün təhdid olduğunu deyib. O, “Real"ın prezidenti Florentino Peresin öz oyunçularına görə digər klublardan təkliflər almağı sevmədiyini də vurğulayıb:

“İngiltərə Premyer Liqası məvacibləri artıran yeganə çempionat deyil. İspaniya çempionatında da belədi. Belə hal dünya futbolu üçün təhdiddir. “Real” bir neçə gün əvvəl daha üç futbolçu ilə müqaviləni yeniləyib. İndi Ronaldo ildə 20,5 milyon avro qazanır.

Bundesliqada bu qədər məvacib alan futbolçu yoxdur. Hətta vergilər ödənilmədən də. Madridlilərin biznes-modeli var. Onlar istəmirlər ki, futbolçuları İngiltərə Premyer Liqasına üz tutsunlar. “Real”ın prezidenti Florentino Peres futbolçularına görə başqa klublardan təklif almağı sevmir. Xüsusən də İngiltərə klublarından”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR