Bu gün günorta saatlarında Mingəçevir su anbarı ərazisində zəlzələ qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən ( FHN) Lent.az-a bildirilib ki, AMEA Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 13:53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarı ərazisində, 23 km dərinlikdə, 3,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.
İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.