"Fənərbaxça" - "Qalatasaray" derbisinin hakimi açıqlandı

"Fənərbaxça" - "Qalatasaray" derbisinin hakimi açıqlandı
19:07 17 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasının XI turunun hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, bu həftə baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri də müəyyənləşib.


İstanbul derbisini Avropanın ən yaxşı hakimlərindən biri olan FIFA referisi Cüneyt Çakır idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongün yardımçı olacaq. Dördüncü hakim funksiyasını Halis Özkahya yerinə yetirəcək.


Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" derbisi noyabrın 20-də baş tutacaq və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR