Ölüm saatını dəqiqəsinə kimi bilən "Cəbiş müəllim"in qızı: "Atam özünü oynayırdı, evdə anamın sözü keçirdi" - FOTO

Ölüm saatını dəqiqəsinə kimi bilən "Cəbiş müəllim"in qızı: "Atam özünü oynayırdı, evdə anamın sözü keçirdi" - FOTO
21:05 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bizim Cəbiş müəllim" filmində "Cəbiş müəllim" obrazını yaradan - xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərovanın Milli.Az-a müsahibəsi.

- Sevil xanım, özünüzü adətən necə təqdim edirsiz?

- Mən xalq artisti, Cəbiş müəllim kimi tanınan aktyor Süleyman Ələsgərovun qızıyam. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji universitetini bitirmişəm, ədəbiyyatşünas, filoloqam. 18 il bu təhsil ocağında çalışmışam. Ailə həyatı qurandan sonra işdən çıxdım. Hal-hazırda evdar qadınam.

- Atanızı necə xatırlayırsız?

- Atamla bağlı həm kədərli, həm də şən olmaqla çox xatirələrim var. O, çox sadə, məsum, hər şeydə kompramisə gedib, sülh axtaran bir insan olub. Heç kimin xətrinə dəyməzdi. Həmişə mənə deyirdi ki, qızım, çalış hamıya yaxşılıq et, yaxşılıq edə bilmirsənsə, pislik də etmə. Bu, onun həyat devizi idi. Məndə incəsənətə, ədəbiyyata ilk marağı atam yaradıb.

- Biz onu "Bizim Cəbiş müəllim" filmində çox sakit və mülayim obrazda görmüşdük. Maraqlıdır, heç sərt tərəfi var idimi? Ümumiyyətlə, evdə necə, sərtliyini göstərə bilirdimi?

- O filmdə Cəbiş müəllim sürəti ona görə real alınıb ki, o, özünü oynayırdı. O, həyatda da o cür idi. Necə ki, kinoda Şəfiqə xanımdan çəkinirdi, evdə də anamdan çəkinərdi. Anam zəhmli, sərt bir qadın idi. Evdə anamın sözü keçirdi. Bu da, yəqin ki, sevgidən, hörmətdən irəli gəlirdi.

- Ananızla necə tanış olmuşdu?

- Anamla onu bibim tanış etmişdi. Bibim anamın rəfiqəsi idi. Onlar müharibədən əvvəl tanış oldular, atam sonradan müharibəyə yola düşdü. Həmişə müharibədən anama sevgi məktubları yazırdı. Hər məktubunda yazırdı ki, məni gözlə. Nəhayət, atam müharibədən qayıdandan 1 il sonra, 1946-ci ildə ailə həyatı qurdular. Amma çox çətinliklə...

- Səbəb nə idi? Mühit, yoxsa imkansızlıq?

- Mənim ana babam çox imkanlı idi. Həmişə deyirdi ki, mən artistə qız vermərəm, artist qız saxlayan deyil. Amma əksinə oldu. Babamın kürəkənlərinin içində ən sevimlisi atam oldu. Çünki atam özünü doğrulda bilmişdi.

- Evdə çox söz-söhbətlər olurdu?

- Mən valideynlərimi heç vaxt dava edərkən görməmişdim. Evdə qarşılıqlı hörmət görürdüm. Amma anam da, atam da bir-birlərinə qarşı çox qısqanc idi. İnciklikəri olsa da, tez barışırdılar. Mən evin tək övladı idim.Yadımda qalanlar bunlardır.

- O vaxtı atanız filmə çəkiləndə sizi "Cəbiş müəllimin qızı" deyə çağıranlar olurdu?

- Atam bu filmə çəkiləndə mən 9-cu sinifdə oxuyurdum. Bilirdilər ki, mən həmin aktyorun qızıyam. Film bizim məktəbin yanında çəkilirdi. Biz uşaqlarla dərsdən qaçıb çəkilişə baxmağa gedirdik. Həmişə fəxr edirdim ki, mən görün kimin qızıyam.

- İstərdim atanızın teatr fəaliyyəti ilə bağlı da danışasınız.

- Atam uzun illər Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorlarından olub. Onun rəngarəng obrazları var idi. "Əlvida Hindistan" tamaşasında müsbət rol olan Zeynalabdin Şirvani, "Hacı Qəmbər"də Hacı Qəmbər, "Komsomol" poemasında Səməd Vurğun, və s. tamaşalarda müxtəlif obrazlar yaradıb. Teatrda nəhəng aktyorlarla tərəf müqabili idi.

- Ömrünün sonuna kimi teatrda çalışdı?

- Əgər o xəstələnib yatağa düşməsəydi, bəlkə də 90 yaşına kimi teatrda çalışacaqdı. Xəstəlik ona imkan vermədi, 83 yaşına kimi səhnəyə çıxırdı. Sonuncu tamaşası olan Elçinin "Mahmud və Məryəm"də ona vəzir obrazı tapşırılmışdı. Primyeraya 1 ay qalmışdı. Atamın qəfil ayaqları tutuldu. Çünki 1 il əvvəl qar yağanda yıxılmışdı, onun onurğa sütununda şiş əmələ gəlmişdi. O şiş sonradan metostat verdi. 3 ay o, xəstəxanada yatdı. 3 aydan sonra biz onu evə gətirdik.

- Xəstə yatağında olarkən, yəqin ki, səhnə üçün çox darıxırdı.

- O, mənə deyirdi ki, hər gün yuxuda səhnəni görürəm. Gah tamaşaya gedirəm, gah gecikirəm, gah da məni səhnədə alqışlayırlar. Hər gün mənə eyni yuxunu danışırdı.

- Teatrda, yaxud filmlərdə hər hansı haqsızlıqlarla üzləşmişdi?

- Bir dəfə teatrdan incik düşmüşdü. Deməli, teatrın 100 illiyi idi. Bütün aktyorlara fəxri adlar paylanırdı. Mənim atamın adını da ad alan aktyorlar siyahısına salmışdılar. Müəyyən səbəblərə görə, atamın adını sonradan o siyahıdan çıxarmışdılar. Atam qəlbən bərk inciyərək, ərizə yazıb işdən çıxmışdı.

- Neçə il teatrdan ayrı düşdü?

- 1 ay teatrdan uzaq düşdü. Atam o teatrın aparıcı aktyoru idi. Onu xahişlə, minnətlə yenidən teatra qaytardılar. 1 aydan sonra ona ayrıca "Xalq artisti" adı verdilər.

- Bəs filmlərdə necə?

- "26-lar" filmində atamı Məşədi Əzizbəyov roluna təsdiqləmişdilər. Film Moskvada çəkilirdi. Atam bir də gördü ki, həmin rolu Məlik Dadaşov oynayır. Onda atam filmin rejissoru Əjdər İbrahimbəyovdan incimişdi.

- İncidiyi insanla inciklikləri çox davam edirdi?

- Xeyr, onun kimi yox idi. İnciyirdi, o dəqiqə də gedib barışırdı.

- Qohumlarınızla bugünkü gündə əlaqələriniz varmı?

- Əmim, bibim rəhmətə gedib. Əmim nəvələri ilə münasibətimiz var. Bir yerdə yığışanda atamı ailəvi söhbətlərlə, zarafatları ilə xatırlayırıq.

- Bəs son günlərini necə xatırlayırsız?

- Atam bilirdi ki, o dünyasını dəyişəcək. Əvvəlcədən bunu o hiss etmişdi. Amma bizə bildirmirdi. 1998-ci ilin dekabrın 10-da rəhmətə getdi. 9 dekabrda bütün sənət yoldaşları, qohumlar yanına gəlmişdilər. Ev adamla dolu idi. Məni və yoldaşımı yanına çağırdı, yoldaşım ona oğulluq etmişdi. Mənə dedi ki, səndən nigaran deyiləm, çünki sənin arxanda Adil var. Bunu dedi və gözlərindən yaş süzüldü. Onun çarpayısı ilə üzbəüz divarda saat var idi. Saat 9-un yarısı idi. Saata baxıb dedi ki, 6-ya 20 dəqiqə işləmiş. Başa düşmədim ki, nə deyir? Bu, bir möcüzə idi. Səbəbini soruşanda dediki, qızım, sən onu bilməzsən. Bu, onun axırıncı sözləri oldu. Səhər saat 6-ya 20 dəqiqə işləmiş atam dünyasını dəyişdi (ağlayır).

- Atanızdan sizə miras kimi nələr qalıb?

- Evini hələ sağlığında qızıma vəsiyyət etmişdi. Qızımı çox istəyirdi. Qızıma anamın adını vermişdi. Albomları, şəkilləri, saatı, eynəyi, əlyazmalarını və s. saxlamışam. Mən çox istərdim ki, bugünkü gündə korifey sənətkarlarımız haqda verilişlər çəksinlər. Axı gənc nəslə böyük sənətkarlarımızı tanıtdırmaq lazımdır. Sonuncu dəfə məni "10-dan sonra" verilişinə dəvət etdilər. Orada atamı xatırlayıb, xatirələrini bölüşdüm.

Əli Rəhimoğlu
Milli.Az





























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dodaq uçuqları əslində bu səbəbdən yaranırmış

26 Sentyabr 2017 08:03

Azərbaycanlı opera müğənnisi Cənubi Koreyada konsert verəcək

26 Sentyabr 2017 07:52

Çempionlar Liqasında II tur həyəcanı

26 Sentyabr 2017 07:44

Gerçək olduğuna inanmayacağınız əfsanəvi FOTOLAR

26 Sentyabr 2017 07:38

Bakıda minik maşını ilə yük avtomobili toqquşub

26 Sentyabr 2017 07:32

Bu gün Çempionlar Liqasında II tura start veriləcək

26 Sentyabr 2017 07:12

Elmə məlum olmayan heyvan tapıldı - FOTOLAR

26 Sentyabr 2017 06:58

Rusiya qırıcıları İdlibdə yaraqlıların obyektlərinə on zərbə endirib

26 Sentyabr 2017 06:57

Sabirabadda ər arvadını bıçaqladı

26 Sentyabr 2017 06:54

Karyerasını bitirmiş qapıçının adı "Bavariya"nın ÇL üçün iştirak ərizəsinə daxil edib

26 Sentyabr 2017 06:37

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

26 Sentyabr 2017 06:17

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

26 Sentyabr 2017 06:03

Turist avtobusu yük maşınına çırpıldı - 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 05:59

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42

Daş dövrünə aid silahlar, qadınların bəzək əşyaları - FOTO

26 Sentyabr 2017 05:08

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

26 Sentyabr 2017 05:02

Cəlilabadda gənc ana intihar etdi

26 Sentyabr 2017 04:54

Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

26 Sentyabr 2017 04:42

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13

İngiltərə Premyer Liqasının yeni rekordçusu

26 Sentyabr 2017 04:09

BMT TŞ Myanmadakı vəziyyəti müzakirə edəcək

26 Sentyabr 2017 04:07

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02