Bölgələrdə analoq yayım üç mərhələdə dayandırılacaq - VİDEO

Bölgələrdə analoq yayım üç mərhələdə dayandırılacaq - VİDEO
21:12 17 Noyabr 2016
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Bölgələrdə analoq yayımın 3 mərhələdə dayandırılması, rəqəmsal yayıma keçidin tədricən həyata keçirilməsi nəzərdə tutulur.

Milli Teleradio Şurasından aldığımız məlumata görə, bununla bağlı yaxın vaxtlarda qərar qəbul ediləcək.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, analoq yayım şimal və şimal-qərb rayonlarında dekabrın birinci ongünlüyündə dayandırılacaq. Bu proses dekabrın 2-ci ongünlüyündə qərb rayonlarında həyata keçiriləcək.

Ən sonda isə cənub və mərkəzi aran rayonları bu prosesə qoşulacaq. Dekabr ayının son 10 günlüyündə isə məhz bu rayonlarda rəqəmsal yayıma keçid baş tutacaq.

Milli Teleradio Şurasından bildirilib ki, analoq yayımın dayandırılmasının mərhələli şəkildə keçirilməsi vətəndaşların dekoderlərə olan tələbatı ilə bağlıdır.

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR