Trampın xarici ölkə lideri ilə ilk görüşü

Trampın xarici ölkə lideri ilə ilk görüşü
07:19 18 Noyabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident seçkilərində qələbəsindən sonra xarici ölkə lideri ilə ilk görüşünü keçirib.  

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Donald Tramp noyabrın 17-də Nyu-Yorkda Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.

 

Görüşdə müzakirə olunmuş mövzular barədə heç bir açıqlama verilməyib.

 

Görüşdən sonra Abe gələcəkdə Trampla etibarlı əlaqələr qura biləcəyini qeyd edib: “Biz səmimi mühitdə çox məzmunlu danışıqlar apardıq. Mən bir çox məsələlər üzrə Yaponiyanın mövqeyini açıqladım. Əminəm ki,  biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla etibarlı əlaqələr qura biləcəyik”, - deyə Abe bildirib.   

 

Yaponiya lideri görüşün detallarını açıqlamayıb. Abe görüşün qeyri-rəsmi olduğunu qeyd edib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR