Alman mediası: "Ermənistandakı yoxsulluqdan dəhşətə gəldilər"

Alman mediası: "Ermənistandakı yoxsulluqdan dəhşətə gəldilər"
16:32 18 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın nüfuzlu Schwabische Post qəzetində "Ermənisrtandakı yoxsulluqdan dəhşətə gəldilər" adlı məqalə çap olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə qeyd olunur ki, Almaniyanın Qmünd rayon bələdiyyəsiin sədrinin rəhbərliyi ilə bir sıra humanitar təşkilatların nümayəndələri "Mərhəmət mətbəxi" adlı humanitar yardım proqramı çərçivəsində Ermənistanın şimal bölgəsində yaşayan 450 qoca və 250 uşağa yardım etmək məqsədilə bu ölkəyə səfər ediblər.

Alman Qırmızı Xaç Komitəsinin Baden-Vertemberq torpağı birliyinin həyata keçirdiyi layihə çərçivəsində Ermənistanda səfalət içində yaşayan əhalinin cüzi hissəsinə yardım göstərilib.

Məqalədə almaniyalı qonaqların Ermənistanın Gümrü və Vanadzor şəhərlərində gördükləri insanların acınacaqlı həyat şəraitindən bəhs edilir, erməni əhalisinin yoxsulluq həddindən aşağı səviyyədə yaşamasına dair məlumat verilir.

Səfərin iştirakçılarından biri Briqitte Şoder qeyd edir ki, "gördüyüm yoxsulluq məni utandırır". Digər iştirakçı professor Kurt Vayqand bildirib ki, "insanların bu cür qeyri-insani şəraitdə yaşamasını və dövlətin öz vətəndaşlarının qayğısına qalmamasını anlaya bilmirəm".

Briqqe Abele adlı ziyarətçi isə "Yerevan merinin yerinə xəcalət çəkirəm. 1988-ci ildən heç nə dəyişməyib, bunu Ermənistan rəhbərliyinə çatdırmaq lazımdır" ifadəsini işlədib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR