Bağçada TÜKÜRPƏDİCİ OLAY: Tərbiyəçi uşağa qələmlə işgəncə verdi

Bağçada TÜKÜRPƏDİCİ OLAY: Tərbiyəçi uşağa qələmlə işgəncə verdi
17:22 18 Noyabr 2016
671 Dünya
Ölkə mətbuatı
A- A+

2.5 yaşlı uşağa qələmlə işgəncə iddiası ilə Tekirdağın Çerkezköy Mahalında Böyükşəhər Bələdiyyəsinə aid uşaq bağçasının tərbiyəçisi N.A.D. haqqında istintaq başlanılıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, gündüzlər bağçaya yola salınan oğlunu anası evdə tualetə apararkən körpənin reaksiyalarından şübhələnməyə başlayıb.

Şübhələnən ana bu olayı araşdırmaq məqsədi ilə uşaqla sorğu-sual edib.

Uşağın bağçada müəllimin onu hər dəfə tualetə apardığında qələmi arxasına "batırdığını" deyib. Ailə dərhal polis və Respublika Baş Prokurorluğuna müraciət edərək, körpələr evinin tərbiyəçisi N.A.D. haqqında cinayət əməli törətməsi ilə bağlı şikayət ediblər.

İttihamları qəbul etməyən tərbiyəçi: "Belə bir şey etmədim" deyib. İfadəsi alındıqdan sonra N.A.D. sərbəst buraxılıb.

Hadisənin ortaya çıxmasından sonra Tekirdağ Böyükşəhər Bələdiyyəsi adıkeçən uşaq bağçasının bağlanılması haqqında qərar çıxararaq, yenidən istintaqın davam etdirilməsi üçün polisə müraciət edib.

Polis araşdırmaya başlayıb.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR