İŞİD lideri “şəhid kəməri” ilə yatır

İŞİD lideri “şəhid kəməri” ilə yatır
20:52 18 Noyabr 2016
316 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi sağ tutulmaması üçün "şəhid kəməri" ilə yatır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Əl-Ərəbiyə telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə əsasən, bir neçə həftə əvvəl Mosul sakinlərindən biri İraq kəşfiyyatına əl-Bağdadiyə dair məlumatlar göndərib.

Mənbə bildirib ki, İŞİD lideri son vaxtlar şəhərin altında yerləşən tunellərdən istifadə edərək yerin altında yaşayır.

"O "şəhid kəməri" gəzidir və hətta bu kəmərlə birgə yatır ki, ələ keçsə sağ təslim olmasın", - mənbə deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR