Ramil Şeydayevə yeni rəqiblər

Ramil Şeydayevə yeni rəqiblər
13:17 19 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" qış fasiləsində heyətini gücləndirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bordo-mavililər" transfer siyahısını müəyyənləşdirməyə başlayıb.

Klub prezidenti Muharrem Usta baş məşqçi Ərsun Yanalla görüşərək, ondan maraq dairəsində olan futbolçuların siyahısını istəyib. Təcrübəli mütəxəssis isə ilk olaraq 4 oyunçunun alınmasını tələb edib. Bunlar "Fortuna"nın müdafiəçisi Kaan Ayhan, "Gənclərbirliyi"nin yarımmüdafiəçisi İrfan Can Kahveci və "Çaykur Rizəspor"un hücumçusu Leonard Kveuke ilə "Beşiktaş"ın forvardı Ömər Şişmanoğludur. Baş məşqçi, xüsusən də Kveukenin transferində israrlıdı. O, məhz bu keçid sayəsində hücum xəttindəki problemi yoluna qoyacaqlarını düşünür.
 
Qeyd edək ki, "Trabzonspor" Türkiyə Superliqasının ilk 10 turunda cəmi 11 xal toplayıb və hazırda 13-cü pillədə qərarlaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR