"Qəbələ" növbəti qələbəsini qazandı

"Qəbələ" növbəti qələbəsini qazandı
17:24 19 Noyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Topaz Premyer Liqasında XII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turun görüşləri iki gün ərzində oynanılacaq.

 

İlk oyun günündə həm də həftənin mərkəzi qarşılaşması oynanılacaq. Belə ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edəcək. Ardıcıl 13 oyundu ki, uduzmayan Roman Qriqorçukun yetirmələri “Qarabağ”la çətin oyundan bir tur öncə xal itirmək istəmir.

 

Turnir cədvəlində böyük xal fərqi ilə öndə olsa da, son turlarda itirdiyi xallarla məhz Ağdam klubu ilə aradakı fərqin “əriməsi”nə səbəb olan “qırmızı-qaralar” növbəti itkiyə icazə vermək istəmirlər. Qonaqlar isə ilk üçlükdən uzaq düşməmək üçün xal qazanmalıdır.

 

Avroliqanın qrup mərhələsindəki digər təmsilçimiz “Qarabağ” da doğma meydanda oynayacaq. Ağdamlılar “Kəpəz”i qəbul edəcək. Son 4 turda qələbə qazanan ağdamlılar “Qəbələ”nin büdrəməsindən asılı olaraq, zirvəyə sahib çıxa bilər. Qurban Qurbanovun yetirmələri 17 matçdı uduzmadığı rəqibini bu dəfə də itkisiz keçə bilər. 3 turdu qalib gəlməyən gəncəlilər isə uğursuz seriyaları qırmaq əzmindədi.

 

Topaz Premyer Liqası

XII tur

19 noyabr (şənbə)

 

18:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Suraxanı qəsəbə stadionu

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

“Kəpəz”: 88. Tadas Simaitis, 21. Novruz Məmmədov. 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 4. Qaraxan Əliyev

Baş məşqçi: Şahin Diniyev

 

 

“Qəbələ” – “Zirə” - 1:0

Qol: F. Ozobiç, 52

Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos

Baş məşqçi: Roman Qriqorçuk

“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqnı, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 20. Sezar Meza Kolli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 19. Nurlan Novruzov, 77. Yamin Ağakərimzadə

Baş məşqçi: Adil Şükürov

 

 

Turnir cədvəli

 

1.

Qəbələ

12

8

4

0

27-4

28

2.

Qarabağ

11

8

1

2

23-5

25

3.

İnter

11

5

5

1

17-11

20

4.

Zirə

12

4

2

6

10-13

14

5.

Kəpəz

11

2

6

3

7-10

12

6.

Sumqayıt

11

2

4

5

9-17

10

7.

Neftçi

11

3

0

8

9-25

9

8.

AZAL

11

0

4

7

4-21

4

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR