“Əli Abbasov mənə hər ay 500 min manat verirdi” - Vidadi Zeynalov

“Əli Abbasov mənə hər ay 500 min manat verirdi” - Vidadi Zeynalov
11:08 20 Noyabr 2016
503 Ölkə
Ölkə mətbuatı
A- A+

İstintaq materiallarından göründüyü kimi, “Rabitə çetesi” üzrə 11 nəfərdən ibarət dəstə üzvlərinin qanunsuz pul vəsaitlərinin toplanması üçün aralarında əvvəlcədən razılaşma olub. Proseslərin aparılma qaydası, üsulu, pulların bölüşdürülməsi “peşəkarcasına” həyata keçirilib. Hətta bir-birlərinə o qədər etibar ediblər ki, “paçka”da gətirilən məbləğləri belə saymayıblar...

Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Aztelekom” İstehsalat Birliyinin sabiq sədri, hazırda həbsdə olan Məhəmməd Məmmədov istintaqa verdiyi ifadəsində yığılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmadığını deyib.

Sabiq sədr ifadəsində bildirib ki, 2015-ci ildə “Aztelekom” İstehsalat Birliyinin bazasında “Aztelekom” MMC təsis edilib. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olduğundan adıçəkilən MMC-nin fəaliyyətinə Nazirliyin rəhbərliyi - Əli Abbasov, müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, Aparat rəhbəri Vidadi Zeynalov nəzarət edib. İ.Məmmədov texniki məsələlərə, E.Vəlizadə informasiya texnologiyalarına, V.Zeynalov isə maliyyə məsələlərinə nəzarət edib:”Baş mühasib Oqtay Rüstəmov Nazirliyin nomenklaturası olduğuna görə birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Vidadi Zeynalov Oqtay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pulları toplayıb ona təqdim etsin”.

Sabiq sədr bildirib ki, Oqtay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay 500 min manat, 2014-2015-ci illərdə aylıq 200 min manat pul verilib. Toplanılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmayıb.

Həmçinin ifadəsində qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan struktur qurumlardan biri də beynəlxalq trafik mübadiləsini təşkil edən “Azintelekom”MMC olub.

Beynəlxalq telefon danışıqlarının mübadiləsi “Azintelekom” MMC ilə “Aztelekom” MMC arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib:”Beynəlxalq danışıq trafikinə görə xidmət göstərdiyi üçün “Azintelekom” MMC-dən “Aztelekom”MMC-nin hesabına aylıq 1-2 milyon arası vəsait köçürülüb. Köçürülən vəsait birbaşa və ya dolayısı yolla Vidadi Zeynalova ödənilib. Vidadi Zeynalov baş mühasib Oqtay Rüstəmova göstəriş verdiyi üçün onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülən vəsaitlərin müəyyən hissəsi “Optik Rabitə Montaj”, “Optik Rabitə Tikinti və Quraşdırma”, “Rabitəçi İstirahət Bazası”, “Qafqaz-S İnşaat” və “Komplas” MMC-lərinhesabına köçürülməkləmüxtəlif müqavilələr əsasında baş mühasib tərəfindən Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsilə aparılıb”.

“Aztelekom” MMC epizodu üzrə dindirilən Vidadi Zeynalov isə ifadəsində göstərib ki, nazir Əli Abbasov tərəfindən baş direktor Məhəmməd Məmmədova tapşırıq verilib ki, hər ay 500 min manat versin. Göstərişə əsasən, 2009-cu ildən etibarən “Aztelekom” MMC-dən stabil olaraq 500 min manat gətirilib. Pulları hər ayın sonunda ya Məhəmməd Məmmədov, ya köməkçisi Qulu, ya da ki, baş mühasib Oqtay Rüstəmov gətirib verib. M.Məmmədov özü nazir Əli Abbasovun qəbuluna gedib və verəcəyi pulun miqdarı barədə onu məlumatlandırıb. Nazirin qəbulundan çıxandan sonra isə V.Zeynalovun yanına gələrək baş mühasibin onunla əlaqə saxlayacağını deyirmiş: ”Baş mühasib zəng vurur, sonra çantayla yanıma gəlirdi, pulları verib gedirdi. Heç vaxt saymırdım, çünki pullar “paçka” şəklində olurdu, düz olduğuna inanırdım. 2009-cu ildən 2013-cü ilə kimi hər ay 500 min, 2014-cü ildən isə aylıq 200 min manat verilirdi”.

V.Zeynalov deyib ki, onlara verilən puldan əlavə, M.Məmmədovun özünə 50 min manat qalıb.

Sabiq aparat sədri deyib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi, “Aztelekom” MMC-də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilməsi yolu əldə etdiyi vəsaitin bir hissəsini ona verib. “Aztelekom” MMC-nin tabeçiliyində olan telekommunikasiya qovşağından 2009-2015-ci illər ərzində vəsaitlərin köçürüldüyü “Optik Rabitə Tikinti və Quraşdırma” MMC Namazalı Məmmədova, “Qafqaz-S İnşaat” MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova, “P.L.Z” MMC dostu Mahmuda məxsus olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09