“O, bizim komandada oynamayacaq” - Elxan Abdullayev

“O, bizim komandada oynamayacaq” -   Elxan Abdullayev
17:07 20 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XII turunda “Sumqayıt” öz meydanında “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. 


Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib: “Komanda bu gün çox zəif oynadı, heç nə alınmırdı. Ötürmələrdə çoxlu səhvlərimiz var idi”.


- Hesab 2:0 olanda komandada yorğunluq var idi. Bu, nədən irəli gəlir?

- Özünüz görürsünüz ki, ehtiyat oyunçular skamiyasında oyunu dəyişə biləcək futbolçumuz yoxdu. Belə olacağını bilirdim. Bizim oyunumuzda stabillik yoxdu.


- Qış transfer dönəmi üçün planlarınız necədi?

- Bəli, siyahımızda futbolçular var. Biz fasiləni gözləyirik. Ondan sonra nəsə danışa bilərəm.  


- Komandada əzmkarlıq yoxdu. Bunu aradan qaldırmaq üçün nə edəcəksiniz?

- Bu, futbolçuların özündən asılıdı. Yəqin ki, “Sumqayıt”ın futbolçuları bu əzmkarlığı başa düşürlər, ancaq bizim oyunçular yox. Əgər bu əzmkarlığı başa düşməsə, o, bizim komandada oynamayacaq. (futbol11.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-o-bizim-komandada-oynamayacaq-t54302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR