"Çocuklar duymasın" serialından daha çox məşhurlaşan Ceyhun Fersoy verilişlərin birində maraqlı açıqlamalar verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor tanınmış olduğunu avtobusa minərkən başa düşüb.
""Çocuklar duymasın" serialına çəkilən vaxtlar idi. Avtobusa minmişdim. Bir qadın mənə diqqətlə baxırdı. Dözməyib ondan niyə belə baxdığını soruşanda mənə bir aktyor kimi heyran olduğunu dedi. Avtobusdan düşən kimi ağladım. Bilmirdim ki, insanlar məni bu qədər sevirlər", - deyə Ceyhun etiraf edib.
"Həyatda heç vaxt unutmayacağınız hadisə hansıdır?" sualına Fersoy uşaq yaşlarında keçirdiyi avtomobil qəzası haqqında danışıb:
"12 yaşında avtomobil qəzasına düşdüm və dişlərimi sındırdım. 18 yaşına kimi taxma dişlərlə gəzirdim. Bir gün dərsdə müəllim məni lövhəyə çıxardı. Dərsi danışmaq istəyəndə taxma diş ağzımdan yerə düşdü və mən çox utandım. O hadisəni heç vaxt unutmaram".
Milli.Az