Rusiyaya ticarət üçün gedən azərbaycanlının avtomobili yandırılıb

Rusiyaya ticarət üçün gedən azərbaycanlının avtomobili yandırılıb
20:07 20 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycandan ticarət etmək üçün Rusiyanın Arxangelsk şəhərinə gedən şəxsin furqon avtomobili yandırılıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində şəhərin Lomonosov prospektində, mərkəzi bazar yaxınlığında baş verib.
Hadisə yerində aparılan müayinə zamanı məlum olub ki, “Ford Tranzit”in sağ şüşəsi sındırılıb, yanğın salonun ön hissəsində baş verib. Alov yaxınlıqdakı “Nissan Qashqai”yə də keçib. “Ford”a ciddi ziyan dəyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR