Aygün “O Səs Türkiyə”də qalib oldu (VİDEO)

Aygün “O Səs Türkiyə”də qalib oldu (VİDEO)
07:31 6 Yanvar 2015
239 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti duel çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, yarışmanın son buraxılışındakı duel mərhələsində Türkiyədə yaşayan Azərbaycanın tanınmış müğənnisi Aygün İsmayılova türkiyəli iştirakçı Ezgi Delalla mübarizə aparıb.

MFÖ qrupunun üzvləri Mazhar-Özkan cütlüyünün komandasında çıxış edən duel iştirakçıları Uitney Hyustonun repertuarından məşhur “How will I know” mahnısını ifa edib.

“O Səs Türkiyə”də ilk çıxışında "Besame Muço" adlı məşhur ispan əsərini ifa edərək 2 münsifdən “Hə” cavabı alan Aygün bu dəfə də bəyənilib.

Sonda seçim edən Mazhar-Özkan cütlüyü qrupda yolunu Aygünlə davam etdirmək istədiyini söyləyib.

Xatırladaq ki, 2013-cü ildə Türkiyə vətəndaşı Haluk Miyakla ailə quran Aygün İsmayılova 23 avqustda ilk övladını dünyaya gətirib. Müğənninin həyat yoldaşı Haluk Miyak dueldə Aygünə dəstək üçün gələn tamaşaçılar arasında olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR