"Mançester Yunayted"in müdafiəçisi Fil Cons "Arsenal"la oyun barədə fikirlərini bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis futbolçu bunları deyib:
"Sanki bizi 0:6 məğlub ediblər. Panikaya ehtiyac oldu. Biz yaxşı oynadıq, təhlükəli epizodlar yaratdıq. Bir az uğur lazımdır. Bəzən elə olur ki, şanssızlıqla üzləşirsən. Bu ağılasığmazdır. "Arsenal"a qalib gəlsəydik, onlarla xal fərqi 3-ə enəcəkdi. Bununla belə, onlar yaxşı, bizsə orta mövsüm keçiririk".
Milli.Az