"Report" YUNESKO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına populyar ənənələr və yaradıcılıq formalarının - ənənəvi nəğmələrin, mərasimlərin və bayramların daxil edilməsi üçün 37 yeni ərizəyə baxacaq.
Qarşıdakı iclasda baxılacaq müraciətlər arasında Novruz bayramının da qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə bağlı ərizə olacaq. Müvafiq müraciət bir neçə ölkə - Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib.
Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə eyni zamanda lavaşın hazırlanma ənənəsinin də YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması üçün müraciət edib.