Şotlandiya ilə oyundan (3:0) sonra birgünlük istirahətə buraxılan İngiltərə millisinin kapitanı Ueyn Runinin sərxoş fotolarının internetdə yayılması müzakirələrə səbəb oldu. Millinin daha 2 üzvünün də həmin gecə "eyş işrət"lə məşğul olduğu iddia olunur.
Goal.az "The Telegraph"a istinadən xəbər verir ki, "Liverpul"un futbolçuları Cordan Henderson və Adam Lalana Bornmutda yerləşən striptiz kluba gediblər. Henderson su ilə kifayətlənib, Lallana isə biraz pivə içib. Qeyd edək ki, Bornmut Londondan təxminən 150 km aralıda yerləşir.
Milli.Az