Keçən həftə ayrılmışdılar, efirdə barışdılar - video

Keçən həftə ayrılmışdılar, efirdə barışdılar - video
14:31 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Keçən həftə ayrılan müğənnilər Safiye Soyman və Faiq Öztürk canlı yayımda qonaq olublar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, S.Soyman "Altın Kelebek" mükafatlandırma mərasiminə tək gəlmiş və Faiqdən ayrıldığını bildirmişdi. Bundan sonra canlı efirlərdən birində o, 18 illik əri ilə barışıb. Safiye duvaq taxıb və Faiqlə rəqs edib.

S.Soyman Faiqin son zamanlar onunla məsafəli davrandığını və bunun səbəbini anlamadığını bildirib. Bunun ardından Öztürkün canlı yayımdakı etirafı Safiyeni ağladıb.

F.Öztürk  bir müddət əvvəl xərçəng xəstəsi olduğunu öyrəndiyini, əməliyyat olunduğunu və bununla bağlı problem yaşadığını bildirib. O, qısa müddətli müalicə kursunu keçdikdən sonra hər şeyi açıqladığını deyib. Xəstəxanada müalicə olunan Öztürk həmin zaman Safiyeyə çatdırılması üçün bir məktub yazdığını və həmin məktubun hələ də onda olduğunu söyləyib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR