Nizami Kino Mərkəzində Nəsibə Zeynalovanın filmləri göstəriləcək

Nizami Kino Mərkəzində Nəsibə Zeynalovanın filmləri göstəriləcək
17:52 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində sevimli aktrisa xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.

Milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşıçılarını sevindirəcək.

Həftə ərzində, noyabrın 23-də "Bəyin oğurlanması" milli komediyası, 24-də əfsanəvi "Bizim Cəbiş müəllim" ,25-də "Qanun naminə" bədii filmləri və 26-da "Qaynana " komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir.

Seansların saatı haqqında məlumatı kinomərkəzin məlumat mərkəzindən ala bilərsiz : tel - 493 28 18


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR