İsrail Türkiyədən kömək istəyir

İsrail Türkiyədən kömək istəyir
01:58 24 Noyabr 2016
135 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Binyamin Netanyahu ölkədə baş verən yanğınları söndürmək üçün Türkiyə, Yunanıstan, Kipr və İtaliyadan yardım istəyəcəyini bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir yanğınları təyyarəylə söndürmək üçün bu ölkələrə müraciət edəcək. Ancaq müraciətin nə vaxt ediləcəyi açıqlanmır.

Xatırladaq ki, İsraildə dünəndən başlayaraq 13 fərqli ərazidə yanğın baş verib. Külək də yanğının sürətlə yayılmasına şərait yaradıb.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR