Qanunsuz gətirilən pirotexniki vasitələr və siqaret aşkar edilib

Qanunsuz gətirilən pirotexniki vasitələr və siqaret aşkar edilib
17:19 24 Noyabr 2016
113 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycana qanunsuz yolla gətirilən pirotexniki vasitələr və siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitələr və 1820 ədəd siqaret aşkar edilib.

 

  Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR