Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
17:42 24 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Polşa Respublikasının xarici işlər nazirinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. 
Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan-Polşa əlaqələrinin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə nəzər salıb, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsi və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edib.
Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib və sənaye, kənd təsərrüfatı, turizm, maşınqayırma, neft-kimya və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb.
Ticari-iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, habelə gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi baxımından Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edən Xələf Xələfov, mövcud platformaların, o cümlədən yüksək səviyyəli səfərlərin iki ölkə arasında əməkdaşlığınyeni mərhələdəinkişafınatəkanverəcəyinə əminliyini ifadə edib. O, eyni zamanda parlamentlərarası əlaqələrin inkişafı, ekspertlər və işçi qrupları səviyyəsində təmasların intensivləşdirilməsinin birgə maraqlara xidmət etdiyini deyib.
Marek Julkovski ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, Polşa hökumətinin müxtəlif sahələrdə əldə etdiyi təcrübənin Azərbaycanla paylaşmağa hazır olduğunu bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, habelə Prezidentlərin Vyana və Sank-Peterburq görüşləri haqqında məlumat verən X.Xələfov status-kvonun qəbuledilməzliyini vurğulayıb və münaqişənin yalnız mərhələli şəkildə, beynəlxalq tanınmış sərhədlər çərçivəsində, Azərbaycanınsuverenliyi və ərazi bütövlüyü əsasında həll edilməli olduğunu qeyd edib.
Marek Julkovski bildirib ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi deyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.
Son illər Azərbaycanın yaxından iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri və ölkəmizdə aparılan iqtisadi-maliyyə islahatlardan söz açan Xələf Xələfov, Polşa şirkətlərinin bu imkanlardan faydalana biləcəyini diqqətə çatdırıb.
Bununla yanaşı regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-polsa-arasinda-siyasi-meslehetlesmelerin-novbeti-merhelesi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR