NATO-nun ekspert qrupu Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

NATO-nun ekspert qrupu Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub
19:12 24 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

"NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-ya verilən məlumata görə, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti akademiyanın rəhbərliyi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən proqramların müzakirəsi ilə yanaşı, Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-nun üzv və tərəfdaş dövlətlərlə yaranmış əlaqələr və bu istiqamətdə perspektivlər barədə məlumat verilib. Qonaqlara akademiyanın yaranma tarixi, strukturu, təlim-tədris prosesi və digər fəaliyyətləri barədə ətraflı brifinq təqdim edilib.

Tədbir proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicilərinə "NATO-nun komandanlıq strukturu", "Azərbaycan-NATO əməkdaşlığı", "Strateji proqnozlaşdırma analizi", "NATO-da əməliyyatların planlaşdırılması prosesi", "Əməliyyat İmkanları Konsepsiyası", "NATO-Varşava Zirvə Toplantısından sonra", "NATO-Cənubi Qafqaz tərəfdaşlığı" və digər mövzularda mühazirələr təqdim olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR