Suriyada daha 7 Türkiyə hərbçisi yaralanıb

Suriyada daha 7 Türkiyə hərbçisi yaralanıb
22:05 24 Noyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan "Fərat Qalxanı" əməliyyatında daha 7 Türkiyə hərbçisi yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "təcili yardım"  maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb.
Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təffərüatları hələlik açıqlanmayıb.   
 
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR