Bu bitkilər boğaz ağrısını aradan qaldırır

Bu bitkilər boğaz ağrısını aradan qaldırır
22:12 24 Noyabr 2016
417 Ölkə
Ölkə mətbuatı
A- A+

Havaların soyuması ilə birlikdə, insanların immunitet sistemi zəifləyir və nəticədə, tez-tez xəstələnirlər. Bu xəstəliklərin ən önəmlilərindən biri isə, boğaz ağrılarıdır. Uzun müddət davam edən boğaz ağrıları təbii üsullarla tez bir zamanda müalicə oluna bilər. Mütəxəssislər bu problemi aradan qaldırmaq üçün ən yaxşı yolun bitki çayları olduğunu söyləyirlər. (haberturk.com)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, boğaz quruluğu üçün nanə çayı - Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğun aradan getməsinə yardımçı olur. Bu səbəblə gündə 1-2 fincan içə bilərsiniz.
Boğaz ağrısına qarşı nar qabığı - Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldaraq, problemin həllinə kömək edir.
Nar qabığını yemək əvəzinə qurudub çay kimi içmək daha sağlamdır.
Boğaz ağrısına qarşı qərənfil - Qərənfilin tərkibində olan uçucu komponent boğaz ağrılarını əngəlləyir. Ağız, boğaz yolu infeksiyalarında isə, antiseptik kimi vəzifə daşıyır. Çeynəyərək və ya gündəlik olaraq içilən çayların içərisinə əlavə edərək, qəbul edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR