Azərbaycanın ilk özəl kredit bürosuna il ərzində milyonlarla sorğu göndəriləcəyi proqnozlaşdırılır

Azərbaycanın ilk özəl kredit bürosuna il ərzində milyonlarla sorğu göndəriləcəyi proqnozlaşdırılır
13:37 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ "Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da kredit bürosunun məhsul və xidmətlərinə böyük tələbat olacağını gözləyirik".
"Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun ikinci günündəİslandiyanın "Creditinfo" şirkətinin (Azərbaycanın ilk özəl kredit bürosunun 51%-lik səhmdarı) biznesin inkişafı üzrə direktoru Paul Randel deyib.
Onun sözlərinə görə, bu növ büronun fəaliyyət göstərdiyi qonşu Gürcüstanda ötən il ərzində təxminən 21 mln. müraciət qeydə alınıb: "Halbuki, bu ölkənin əhalisi 3-4 mln. civarındadır. EynivəziyyətiAzərbaycandadaproqnozlaşdırırıq".
R.Randel qeyd edib ki, Azərbaycanda yaradılacaq büronın məlumat bazasına onun hüquqi şəxs olan müştəriləri ilə yanaşı, haqqında məlumat olan fiziki şəxslərə də çıxış imkanı veriləcək: "Məqsəd odur ki, insanların maliyyə savadlılığı, məsuliyyəti artsın".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR