“Spartak” və “Təhminə” bir arada – video

“Spartak” və “Təhminə” bir arada –  video
15:46 25 Noyabr 2016
116 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Meral Konrat bir neçə gündür Bakıdadır.

Axşam.az-ın məlumatına görə, aktrisa “Təhminə” filmində tərəf müqabili olduğu əməkdar artist, “Spartak” obrazının canlandıran Fizuli Hüseynovla bir araya gəlib. Onlar birlikdə İTV-də yayımlanan “Yeni gün” verilişinə qonaq olublar.

F.Hüseynov filmin çəkilişləri zamanı Meral Konratla heç bir araya gəlmədiklərini deyib:

“Filmin çəkilişləri zamanı biz üz-üzə gəlməmişik. Bunu sirr saxlayırdıq. Bu sirri filmin rejissor köməkçisi bilirdi. İndi də məndən soruşurlar ki, dostsunuz? Mənim nə vaxt istəyim olsa, Meral xanım məni qırmaz. Filmdəki Spartak kimi hər zaman onun yanındayam”.

M.Konrat bildirib ki, aktyora hər zaman öz yox, filmdəki “Spartak” adı ilə müraciət edir:

“Rəhmətli Rasim Ocaqovun istəyi belə idi. Birlikdə səhnəmiz yoxdursa, aktyorla görüşmürük. Bu normal haldır. Spartakla 3 il əvvəl Bakıya gələndə bir verilişdə tanış olmuşam. O vaxtdan münasibətimiz davam edir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR