Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı QƏRAR

Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı QƏRAR
21:12 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin sonuna qədər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) Qazaxıstan ərazisində qeydə alınmaqla "hüquqi şəxsləri birliyi" formasında beynəlxalq assosiasiyasının yaradılması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes-forumunda "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin əməliyyat fəaliyyətinin əlaqələndirilməsi üzrə vitse-prezidenti Sanjr Elyubayev deyib.

Onun sözlərinə görə, TBNM-in inkişaf prinsipləri xidmətlərin təyinat nöqtəsinə çatdırılmasına, eləcə də tarif dərəcələrinin bütünlüyünə, bütün inzibati prosedurların sadələşdirilməsinə, qarışıq yükdaşımaların vahid tarif-nəqliyyat qaiməsi üzrə reallaşmasına əsaslanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/493186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR