İsrail hərbçiləri onlara bıçaqla hücum edən fələstinlini öldürüb

İsrail hərbçiləri onlara bıçaqla hücum edən fələstinlini öldürüb
23:05 25 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail hərbçiləri onlara bıçaqla hücum edən fələstinlini güllələyərək öldürüblər.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumatına görə, insident Qüdsün qərb hissəsində, "Şuafat" qaçqın düşərgəsi yaxınlığında qeydə alınıb.
 
Məlumata görə, əli bıçaqlı fələstinli qaçqın düşərgəsinin girişində hərbçilərə hücum edib. Buna cavab olaraq hərbçilər atəş açıblar.
 
Qeyd edək ki, noyabrın 18-də Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri 26 yaşlı fələstinlini güllələyiblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR