UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun ən yaxşı oyunçusu məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həftənin ən yaxşısı "Roma"nın hücumçusu Edin Dzeko seçilib.

O, qurumun rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 67% səs toplayıb və bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri 11%-lə "Zenit"li Aleksandr Kokorin, üçüncülüyü isə azarkeşlərin 7%-nin rəğbətini qazanan "Mançester Yunayted"in hücumçusu Ueyn Runi tutub.

Qeyd edək ki, Ceko "Viktoriya" ilə oyunda het-trik edib.

Milli.Az