Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb
16:57 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyədə teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib. 
“Gözyaşı Geceləri” adlı teatr komandası Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib. Nəticədə 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Sürücünün komada olduğu bildirilib.
Qəzaya görə Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq “Son kale” tamaşası ləgv edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/turkiyede-teatr-aktyorlari-qezaya-dusub-1-nefer-olub-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR