“Maniken”imiz Türkiyədə mükafat aldı - FOTO

“Maniken”imiz Türkiyədə mükafat aldı - FOTO
10:13 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabr ayının 21-26-da Türkiyənin Mersin şəhərində Beynəlxalq Teatr Festivalı keçirilib.

Həmin tədbirdə Turan TT İstanbuldakı “Oda” teatrında tanınmış dramaturq Firuz Mustafanın “Manken” (“Müqəvva”) monopyesi əsasında hazırladığı tamaşa ilə təmsil edilib. Tamaşanın rejissoru Elçin İman, baş rolun ifaçısı Kamalə Kamaldır.

Bir sıra Avropa teatrlarının təmsil olunduğu festivalın son günündə oynanılan tamaşa yüksək mükafata layiq görülüb.

Qeyd edək ki, Firuz Mustafanın “Maniken” (“Müqəvva”) pyesi artıq bir neçə aydır ki, İstanbul şəhərindəki “Oda” teatrında uğurla nümayiş olunmaqdadır.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR