Rusiya prezidenti Vladimir Putin topla məşq edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, FİFA lideri Canni Infantino "2017 FİFA Konfederasiyalar Kuboku" püşkatma mərasimi üçün Rusiyaya gəlib. Moskvada Putin ilə görüş zamanı ona "Krasava" adlı top hədiyyə edib.
İnfantino topu verərkən: “Bu top ilk dəfə sizdə olacaq. Rusiya millisi ilə məşqə başlaya bilərsiniz”, deyib.
Putinin yeni topla Kremldə məşq etməsinin görüntüləri maraqla qarşılanıb.
Qeyd edək ki, "2017 FİFA Konfederasiyalar Kuboku" növbəti ilin iyunun 17-dən iyulun 2-nə kimi Rusiyada keçiriləcək.