Bakıda daş karxanasında fəhlənin ayaqlarına armatur parçaları batıb

Bakıda daş karxanasında fəhlənin ayaqlarına armatur parçaları batıb
11:22 30 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda daş karxanasında işləyən 25 yaşlı oğlanın ayaqlarına dəmir parçası batıb.
"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda yerləşən "Şah Qai" adlı daş karxanasında qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Quliyev Sərdar Sabir oğlu karxanada işlədiyi zaman ehtiyatsızlıqdan bir ayağının topuq nahiyəsinə, digər ayağının diz hissəsinə armatur parçaları girib. Nəticədə S.Quliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR