Bu gün avtomobil qəzası nəticəsində dünyasını dəyişən aktyor Erdal Tosunun ailəsi xəbəri eşidən kimi xəstəxanaya gəliblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun xanımı İlknur, qızı Zeynəb və yaxınları xəstəxanada göz yaşı töküblər.
Sənət dünyasının adamları da sosial şəbəkədə aktyorun ölümünə kədərlənib, yaxınlarına başsağlığı veriblər.