Qaxda mal-qara oğruluğu ilə məşğul olanlar tutuldu

Qaxda mal-qara oğruluğu ilə məşğul olanlar tutuldu
22:24 30 Noyabr 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda mal-qara oğruluğu ilə məşğul olan şəxslər iş başında yaxalanıblar.

 

Qax rayon Qarabaldır kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdikləri məlumata görə, bu gün axşam saat 20 radələrində kənd sakini Telman Paşa oğlu Paşayevin həyətyanı sahəsindəki mal tövləsindən iki baş xırda buynuzlu heyvanları oğurlamaq istəyən və hələ ki adları açıqlanmayan iki nəfər şəxs kənd sakinləri tərəfindən tutularaq Qax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

 

Sakinlərin sözlərinə görə, ev sahibi Telman Paşayev yaxın qohumlarının yas mərasimində olub. O axşam saatlarında evə qayıdaraq mal-qaranı yemləmək istəyib. Həyətə daxil olmaq istəyən Telman Paşayevi qapıda iki baş xırda buynuzlu heyvanı oğurlayaraq aparmaq istəyən iki naməlum şəxs qarşılayıb. Oğrular ev sahibini gördükdən sonra xırda heyvanları buraxıb qaçmaq istəyiblər. Bu zaman Telman Paşayev qonşuları köməyə çağırıb. Onun köməyinə çatan qonşular oğruları kəndin ərazisində tutublar. Hadisə yerinə çağırılmış polis əməkdaşlarının apardıqları ilkin istintaq zamanı məlum olub ki, oğrular kəndə “Hyundai” markalı minik avtomobili ilə gəliblər.”

 

Qax RPŞ-dən APA-ya verilən məlumatda Telman Paşayevin həyətindən oğruluq edilməsi faktı təsdiqlənib və hazırda hadisə yerində araşdırmanın aparıldığı bildirilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR