ABŞ-da naməlum şəxs ətrafdakı insanlara atəş açıb, 2 ölü, 4 yaralı

ABŞ-da naməlum şəxs ətrafdakı insanlara atəş açıb, 2 ölü, 4 yaralı
06:17 1 Dekabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ-da ağır cinayət hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə "Accosiated Press" polisə istinadən xəbər verib.
Məlumata görə, hadisə yerli vaxtla saat 18:00-da, Baltimor şəhərində qeydə alınıb. Belə ki, naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Polisin nümayəndəsi Ti Cey Smit bildirib ki, şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs mağazanın qarşısındakı insanlara atəş açıb. Onun sözlərinə görə, həmin şəxslərdən biri hadisə yerindəcə ölüb. Digər yaralı isə xəstəxanada dünyasını dəyişib.
Yaralılardan birinin vəziyyəti ağırdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-namelum-sexs-etrafdaki-insanlara-ates-acib-2-olu-4-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR