Azər Paşa Nemətov: ""AzDrama" taxtabiti yuvasıdır" - SƏS YAZISI

Azər Paşa Nemətov: ""AzDrama" taxtabiti yuvasıdır" - SƏS YAZISI
14:59 1 Dekabr 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

 

Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov rəhbəri olduğu teatrla bağlı qalmaqala səbəb olacaq fikirlər səsləndirib.

 

Lent.az BakiPost.az-a istinadən xəbər verir ki, teatrın əməkdaşlarından birinin göndərdiyi səs yazısında direktorun “AzDrama”nı "taxtabiti yuvası” adlandırdığı eşidilir. A. Nemətov teatr əməkdaşlarından biriylə söhbəti zamanı buraya könüllü gəlmədiyini də deyib: "Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”

 

Qeyd edək ki, Akademik Milli Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir. Keçmiş direktor İsrafil İsrafilovun teatr rəhbərliyindən uzaqlaşdırılması ilə qalmaqalların azalacağı gözlənilsə də, A.Nemətovun təyinatı bu gərginliyi bir qədər də alovlandırdı. Belə ki, bu yaxınlarda teatrın gənc aktyoru Hikmət Rəhimov işindən azad olundu. Ardınca isə xalq artisti Fuad Poladov teatrdan ayrıldı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR