İlham Əliyev yenidən prezident seçildi

İlham Əliyev yenidən prezident seçildi
15:57 1 Dekabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

 

Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.


O bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub: "Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından dövlətimizin başçısını təbrik edirik. Bugünkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük köməklik göstərən, dəstək olan cənab prezident qoyub. Ona böyük uğurlar arzulayırıq".


Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lham-liyev-yenidn-prezident-secildi-t54617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR