Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə görə "qrin-kart"ını cırıb atıb

Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə görə "qrin-kart"ını cırıb atıb
10:02 2 Dekabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Nigeriyalı yazıçı və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbə qazanmasına etiraz əlaməti olaraq ABŞ-da yaşamaq imkanı verən "qrin-kart"ını cırıb atıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, 82 yaşlı V.Şoyinka, həmçinin ABŞ-da yaşamaq imkanından imtina etdiyini açıqlayıb.
O, uzun illər ərzində Sarmaşıq Liqasına (The Ivy League) daxil olan ABŞ-ın qədim universitetlərində dərs deyib. V.Şoyinka hələ seçkilərdən əvvəl D.Trampın qələbə qazanacağı təqdirdə ABŞ-ı tərk edəcəyinə söz vermişdi.
Cənubi Afrikada keçirilən Təhsil Konfransında yazıçı artıq özünü ABŞ-da rahat hiss etmədiyini bildirib.
Qeyd edək ki, nigeriyalı yazıçı Ədəbiyyat üzrə Nobel mükafatını 1986-cı ildə alıb və bu mükafata sahib çıxan ilk afrikalı yazıçı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nobel-mukafati-laureati-donald-trampin-qelebesine-gore-qrin-kart-ini-cirib-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR