Rusiyaya BÖYÜK HÜCUM dekabrın 5-də başlayacaq - KƏŞFİYYAT

Rusiyaya BÖYÜK HÜCUM dekabrın 5-də başlayacaq - KƏŞFİYYAT
14:43 2 Dekabr 2016
164 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkənin maliyyə sisteminə hücumları hazırlayan şirkətin adını açıqlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, kiberhücumlar üçün komanda mərkəzləri Niderlandda yerləşir və Ukraynanın “BlazingFast” şirkətinə aiddir.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumun təşkilatçıları ölkənin ən böyük banklarını qurban olaraq seçiblər. Qeyd edilir ki, haker hücumlarının başlanğıcı dekabrın 5-ə təyin edilib. Hücumların başlanması kütləvi SMS mesajlarının göndərilməsi, sosial şəbəkələrdə Rusiyanın müflisliyi və aparıcı banklarda maliyyə-kredit sistemi vəziyyəti haqqında fitnəkar xəbərlərin yerləşdirilməsi ilə müşayiət olunmalı idi.

“Hücum Rusiyanın bir neçə on şəhərinə yönəlib”, - Federal Təhlükəsizlik Xidmətinin xəbərində deyilir.

Rusiyanın Mərkəzi Bankına yaxın mənbə bildirib ki, Federal Təhlükəsizlik Xidməti ilə birlikdə hazırlanan kiberhücumların neytrallaşdırılması üzərində işləyirlər. Rusiya Əmanət Bankının mətbuat xidmətində bildiriblər ki, bank ştat rejimində işləyir. Bankın nümayəndələri həmçinin Federal Təhlükəsizlik Xidmətinin xəbərlərini şərh etməkdən imtina ediblər.

Əmanət Bankı noyabrın 10-da kiberhücumlara məruz qalıb. Həmin hakerlər Rusiyanın “top-10”-luğunda yerləşən beş maliyyə müəssisəsinə hücüm ediblər. Bankın başçısı German Qref bildirib ki, bu hücum daha əvvəllər edilən hücumlardan min dəfə daha güclü idi.

Xüsusi xidmət orqanlarından verilən məlumata görə, onlar kiberhücumların dəf edilməsinə hazırdır.

Rusiya Dövlət Dumasının maliyyə bazarları üzrə komitənin sədri, Regional Banklar Assosiasiyasının prezidenti Anatoli Aksakov maliyyə sistemində kibertəhlükəsizlik üçün cavab verən xüsusi institutu yaratmağı təklif edib. Onun sözlərinə görə, deputatlar müvafiq qanunu qəbul etməyə hazırdır.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti daha əvvəl xarici xüsusi xidmət orqanlarının Rusiyanın maliyyə sisteminin destabilizasiyası üçün kiberhücumlar hazırladığını bəyan edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR