ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens Ermənistan prezidenti Serj Sarkisyanla telefonda danışıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan
prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Maykl Pens Sarkisyanla ABŞ-Ermənistan münasibətləri
və bir sıra məsələləri müzakirə edib. Lakin telefon danışığının
detalları açıqlanmır.
Ermənistanın “lragir” saytı yazır ki, ABŞ-ın yeni administrasiyası
Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə və erməni-türk
münasibətlərinə görə müzakirə apara bilər.
“Donald Tramp seçki öncəsi Rusiya ilə münasibətləri düzəldəcəyini
açıqlayırdı. Lakin onun hazırki təyinatları anti-Rusiya
ritorikasına malik olan şəxslərdir. Bu, o deməkdir ki, Rusiya ilə
münasibətlər müəmmalıdır. Yeni vitse-prezidentin Sarkisyana zəng
etməsi də məhz gələcəkdə regiona dair planlara aid ola bilər. Bu
baxımdan, Pensin Dağlıq Qarabağ münaqişəsini və erməni-türk
münasibətlərini müzakirə etməsi ehtimalı böyükdür. Lakin məlumdur
ki, Dağlıq Qarabağ məsələsində Türkiyə Azərbaycanı dəstəkləyir.
Ankara erməni-türk münasibətlərinin də yalnız münaqişənin
Azərbaycanın istədiyi şəkildə həll olunacağı təqdirdə düzələcəyini
vurğulayır. Pens Sarkisyandan Qarabağ məsələsində güzəşt etməyini
istəyib? Ümumiyyətlə, Trampın Cənubi Qafqaz siyasəti Obamadan nə
qədər fərqlənəcək? Bu suallar açıq qalır”, - deyə sayt qeyd
edib.
Sayt əlavə edib ki, telefon danışığında Ermənistanda demokratiya
mövzusu da əsas olub: “Bu günlərdə ABŞ hökumətinin Ermənistanın
parlament seçkilərini demokratik və şəffaf keçirməsini istəyən
bəyanatı yayıldı. Mümkündür ki, yeni administrasiyanın
vitse-prezidenti Ermənistana yumşaq xəbərdarlıq edib ki, hakimiyyət
seçkilərlə bağlı qəbul etdiyi öhdəlikləri yerinə yetirməsə, bu
hansı iqtisadi və siyasi nəticələrə gətirib çıxara bilər”.
Asif