Azərbaycan Qran Prisi üçün biletlərin qiymətləri açıqlanıb

Azərbaycan Qran Prisi üçün biletlərin qiymətləri açıqlanıb
15:07 2 Dekabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ 2017-ci ilin iyununda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün satışa çıxarılan biletlərin qiyməti açıqlanıb. "Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bu gün keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, yarışları izləyənlər üçün birgünlük və dördgünlük biletlər satışa çıxarılıb. Dördgünlük biletlərə əlavə olaraq, 2 - 15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletlər təklif olunur. Bu isə yarışı ailəvi izləmək imkanı verir. Eyni zamanda ötüşmələri trekin müxtəlif yerlərindən ayaqüstü zona və platformalarda izləmək imkanı var.
Dördgünlük endirimli biletlərin qiyməti 150 - 550, ayaqüstü yerlər üçün birgünlük biletlərin qiyməti isə 60 - 150 manat arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün qiymətlər həmin günün məzənnəsinə uyğun hesabanır.
B.Özərdim şəhərin 17 nöqtəsində və onlayn şəkildə biletlərin satışda olduğunu deyib: "Artıq Qran Prinin ilk biletləri alınıb. Bu da insanların Azərbaycan Qran Prisini gözlədiyini nümayiş etdirir. Xaricdən gələcək qonaqların bizim üçün əhəmiyyəti böyükdür. Çünki onlar Bakı haqqında fikirlərini bölüşür və bu da turizmə təsir göstərir. Bu il 30%-dək endirimlər var".
Biletlər üçün endirim kampaniyası 2017-ci il yanvarın 31-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 2017-ci ilin 23 - 25 iyununda olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-qran-prisi-ucun-biletlerin-qiymetleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR