AMEA-da elektron məlumat bazalarından səmərəli istifadə movzusunda seminar keçirilib

AMEA-da elektron məlumat bazalarından səmərəli istifadə movzusunda seminar keçirilib
20:12 2 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ AMEA-nın Botanika İnstitutunda “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” movzusunda maarifləndirici seminar keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, seminarda Botanika İnstitutu Təhsil şöbəsinin müdiri, dosent Rəşad Səlimov İnstitutun alim və mütəxəssislərini elmi tədqiqat işlərinin hazırlanması zamanı “Web of Science” və “Scopus” kimi qlobal məlumat bazalarının imkanları və əsas elementlərindən səmərəli istifadə qaydaları ilə tanış edib.
Seminarda qlobal elmi bazaya çıxış təmin edən “Web of Science” Məlumat Platformasına daxil olan aparıcı beynəlxalq elmi nəşrlərin seçilməsi qaydaları izah edilib. AMEA-nın elmi müəssisələri, o cümlədən Botanika İnstitutu üçün də istifadəyə açıq olan “Web of Science” saytında və elmi istinadların məlumat bazası axtarış vasitələrindən səmərəli istifadə yolları əyani olaraq göstərilib.
Xatırladaq ki, bu ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssisləri üçün “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanları yaradılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-da-elektron-melumat-bazalarindan-semereli-istifade-movzusunda-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR