Tramp ailəsinin Rusiyadakı biznesinin taleyi bəlli oldu

Tramp ailəsinin Rusiyadakı biznesinin taleyi bəlli oldu
21:48 2 Dekabr 2016
190 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın 45-ci prezidenti Donald Trampın Rusiyadakı brendlərinin qeydiyyatı daha 10 il müddətinə uzadılıb.

Publika.az xəbər verir ki, bu barədə “Rambler News Service” məlumat yayıb. Qeyd edilir ki, Trampın brendlərinə restoranlar, hotel biznesi, yaşayış üçün binaların tikintisi şirkəti, eləcə də kommersiya obyektləri daxildir. Prezidentin qızı İvanka Trampın şirkəti isə Ivanka və Ivanka Trump kimi sənədləşdirilib. Qeyd edək ki, şirkət geyim, zərgərlik əşyaları, parfumeriya istehsalı və satışı ilə məşğul olur.

Onu da xatırladaq ki, noyabrın 30-da D.Tramp biznesdən getməyə və vaxtını dövlət işlərinə sərf etməyə qərar verib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR