Bir ailənin 6 üzvü zəhərləndi

Bir ailənin 6 üzvü zəhərləndi
04:13 3 Dekabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında kombi sistemində yaranan nasazlıqdan zirzəmiyə qazın dolması nəticəsində baş verib.

Hadisə nəticəsində 56 yaşlı Ümidvar Bədəlov, 48 yaşlı İlhamə İsgəndərova, 22 yaşlı Aytən Bədəlova, 25 yaşlı Lalə, onun həmyaşıdı Elşən və 23 yaşlı Elçin Məmmədzadələrin səhhətində narahatlıq yaranıb. Zərərçəkənlər dərhal Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ailə üzvlərinə ilkin tibbi yardım göstərilib.

Xəstəxananın həkimi Şubay Hacıyevin "Report"a verdiyi məlumata görə, hazırda Qaşaltı sakinlərinin səhhəti normaldır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/178332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR