Mourinyo Şvaynştaygerin gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib

Mourinyo Şvaynştaygerin gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib
07:22 3 Dekabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ İngiltərənin "Marçester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo alman yarımmüdafiəçi Bastian Şvaynştaygerin klubda gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
"Report" xəbər verir ki, o, əvvəlki kimi yarımmüdafiəçiyə ümid bəslədiyini dilə gətirib.
"Əlbəttə, yanvarda Şvaynştayger "MY"da qala bilər. Əgər sənin klubla müqavilən varsa, sən öz gələcəyini müəyyən etmək hüququna maliksən. Bastian bizə kömək edə bilər. O, digər komanda yoldaşları kimi öz üzərində işləməlidir ki, oynamaq üçün daha çox şans əldə etsin. Ötən yay biz Şvaynştayger üçün başqa bir gələcəklə bağlı variantlar seçməyə çalışdıq. Lakin o, bu şəraitdə klubda qalmaq qərarına gəlmək üçün kifayət qədər güclü çıxdı. O, oynamaq şansı qazanmaq üçün öz üzərində çox işlədi. Qətiyyətli insanlar mənim xoşuma gəlir", – deyə portuqaliyalı mütəxəssis bildirib.
Bastian Şvaynştayger mövsüm başlayandan noyabrın 30-a qədər heç bir oyunda komandasının heyətində meydana çıxmayıb. Baş məşqçi yalnız göstərilən tarixdə Liqa Kubokunun ¼ finalında "Vest Hem Yunayted" klubuna qarşı matçda (4:1) ona şans verib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mourinyo-svaynstaygerin-geleceyi-ile-bagli-meseleye-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR